Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əfqanıstanda daha bir sərnişin avtobusu partladılıb, ölənlər və xəsarət alanlar var

Baxış: 483
Əfqanıstanda son sutkada ikinci partlayış törədilib.
Bu barədə 1TV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Parvan əyalətində, Cabal Sarac rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusunun partladılması nəticəsində azı 2 nəfər həlak olub, daha 9 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, bu, Əfqanıstanda son sutkada törədilmiş ikinci partlayış hadisəsidir. Daha əvvəl Zabul əyalətinin Şahr-ə-Safa dairəsində sərnişin avtobusunun partladılması nəticəsində azı 16 nəfər həlak olub, daha 41 nəfər xəsarət alıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.