Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü

Baxış: 108
Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü


Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb.  "Cumhuriyet" xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb.
İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 19 yaşlı qızı E.K.-nin birlikdə yaşadığı 53 yaşlı E.O.-nun eyni məhəllədəki mənzilinə gedib. Evdə B.K. və E.O. arasında münaqişə başlanıb. Söz davasının getdikcə kəskinləşməsi nəticəsində ata silahını çıxararaq qızını və E.O. adlı şəxsi güllələyərək qətlə yetirib.

Cinayəti törətdikdən sonra dərhal ərazidən qaçan şübhəlinin tutulması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Həyatını itirən 19 yaşlı qızın hamilə olduğu və 53 yaşlı şəxsin onunla eyni müəssisədə işlədiyi üzə çıxıb.

Hazırda faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.(Oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.