Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”

Baxış: 144
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”


Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinə mümkün müharibə ilə bağlı sərt xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Rusiya lideri oktyabrın 29-da verdiyi açıqlamada Moskvanın Avropa ilə müharibə istəmədiyini, lakin mümkün hərbi qarşıdurmaya hazır olduğunu bildirib.

Putin Avropa ölkələrinin 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq barədə bəyanatlarına münasibət bildirib.

“Biz hazırıq, amma Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə bunu istəyirsə, qoy hazırlaşsın”, – deyə Rusiya Prezidenti vurğulayıb.

O bildirib ki, Avropa ölkələri Rusiyaya strateji məğlubiyyət yaşatmaq məqsədlərinə nail ola bilməyiblər.

“Onlar indiyədək Rusiyaya strateji məğlubiyyət yaşada bilməyiblər. Bunun 2030-cu ilə qədər mümkün olacağı da inandırıcı deyil. Əgər məsələ çox uzağa gedərsə, ümumiyyətlə, qalib olmayacaq. Qoy bunu heç kim unutmasın”, – Putin xəbərdarlıq edib.

Rusiya Prezidenti Baltik dənizində vəziyyətin gərginləşməsi ehtimalına da toxunub. O, Moskvanın burada Hörmüz boğazındakı vəziyyətin təkrarlanmasını istəmədiyini, lakin istənilən təxribata cavab verəcəyini açıqlayıb.

Putin Rusiyada Birinci və İkinci Dünya müharibələrinin dərslərinin yaxşı xatırlandığını, oxşar faciələrin təkrarlanmaması üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Rusiya lideri Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığının da onların təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Onun sözlərinə görə, hər iki lider söhbətin əvvəlində bütün Avropa İttifaqını təmsil etmədiklərini xüsusi vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.