Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır

Baxış: 207
Başladı: Deputatın keçmiş arvadı və “Qalatasaray” rəhbərliyindəki oğlu qandallanır


Türkiyədə çirkli pulların yuyulması iddiaları ilə bağlı istintaqda Yeni Partiyanın millət vəkili Mustafa Sarıgülün oğlu Ömər Sarıgül də daxil olmaqla 15 nəfərin həbsi tələb olunub.

Musavat.com xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 17 nəfər ifadələri alındıqdan sonra məhkəməyə göndərilib. Onlardan 15-i barəsində həbs, ikisi barəsində isə məhkəmə nəzarəti tədbirlərinin tətbiqi istənilib. Həbsi tələb olunanlar arasında Mustafa Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil və jurnalist Murat Ağırəl də var.

Həbs tələbi ilə məhkəməyə göndərilən şəxslər Ömər Sarıgül, Özgür Bölükbaşı, Sadullah Ərgün, Səlim Daşdəmir, Volkan Aslanbaş, Zəkai Ərdəm, Zəkəriyyə Yasəmən, Aylin Kotil, Bayram Özata, Canər Baş, Cavidan Tanrah Artunər, Cihan Durak, Cihat Salman, Murat Ağırəl və Mehmet Əli Aslandır.

Cəmil Vasken Barın və Uğur Kurtulan isə məhkəmə nəzarəti tədbirlərinin tətbiqi tələbi ilə məhkəməyə göndərilib.

Ömər Sarıgül həm də “Qalatasaray” İdman Klubunun İdarə Heyətinin üzvüdür.

İstintaq iki Almaniya vətəndaşının şikayəti əsasında başlanıb. Şikayətçilər Türkiyədə və xaricdə yaradılan şirkətlər vasitəsilə mənbəyi məlum olmayan böyük məbləğdə vəsaitin yuyulduğunu iddia edirlər. İşdə 80 milyon avroluq müqavilə, 100 milyon avroluq pul köçürməsi və nüfuzdan istifadə etməklə 1 milyard avroluq fondun kredit yolu ilə xaricə çıxarılması vədi araşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.