Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransada etirazlar iğtişaşlara çevrildi: 2000-dən çox saxlanılan var

Baxış: 99
Fransada etirazlar iğtişaşlara çevrildi: 2000-dən çox saxlanılan var


Paris polisi şəhərin Respublika meydanında nümayişçiləri dağıtmaq üçün yenidən səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.
Oxu.Az xəbər verir ki, hadisə sosial şəbəkələrdə etiraz aksiyalarını davam etdirməyə çağırışların yayılması fonunda baş verib. Razılaşdırılmamış nümayişdə yüzlərlə insan iştirak edib.
Meydanda əsasən qara geyimdə olan və üzlərini maskalarla gizlədən gənclər toplaşıblar.

Oktyabrın 17-də Parisdə və Fransanın digər bölgələrində yanacağın qiymətinin artmasına, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq kütləvi nümayişlər keçirilib.

Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 000 nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə nümayişçilərin sayının 550 000 nəfər olduğunu açıqlayıb.

Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın daxili işlər naziri Loran Nünez ölkə üzrə 2 000-dən çox şəxsin saxlanıldığını bildirib. O, hakimiyyətin talan və qarətlərdə iştirak edən şəxslərin hamısının məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəyini vəd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.