Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma

Baxış: 108
Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma


Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı narahatlıqlar Ermənistan və Gürcüstanda mənzil kirayəsi qiymətlərinin kəskin artmasına səbəb olub.

 Euronews-un məlumatına əsasən, yay aylarında hər iki ölkədə kirayə mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20–30 faiz yüksəlib.

Bahalaşmanın əsas səbəbi Rusiyadan gələn və yeni səfərbərlik ehtimalından ehtiyat edərək qonşu ölkələrdə kirayə mənzil axtaran vətəndaşların sayının artmasıdır.

Rusiya vətəndaşlarının Ermənistan və Gürcüstana axını kirayə mənzil bazarında tələbatı artırıb. Nəticədə hər iki ölkədə mənzil kirayəsi qiymətlərində ciddi yüksəliş qeydə alınıb.

Məlumata görə, xüsusilə İrəvanda vəziyyət diqqət çəkir. Paytaxtda ikiotaqlı mənzilin aylıq kirayəsi 800–900 avroya çatıb. Halbuki Ermənistanda orta aylıq əməkhaqqı təxminən 790 avrodur.

Ermənistan Kadastr Komitəsinin məlumatına əsasən, 2026-cı ilin avqustunda İrəvanda mənzillərin orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb. Ölkədə əcnəbilərin həyata keçirdiyi daşınmaz əmlak əməliyyatlarının təxminən 72 faizi Rusiya vətəndaşlarının payına düşür.

Gürcüstanda isə Tiflisdə mənzil kirayəsi aylıq 450 avrodan başlayır. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra şəhərdə kirayə qiymətləri 60–70 faizə qədər yüksəlmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.