Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İrəvandan Kərki və Başkənd gedişi – "Bakı ilə razılaşma yoxdur, danışıqlar gedir"

Baxış: 117
İrəvandan Kərki və Başkənd gedişi – "Bakı ilə razılaşma yoxdur, danışıqlar gedir"



Ermənistan və Azərbaycan arasında anklavların mübadiləsinə dair hələlik razılaşma yoxdur.

Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

O, baş nazir Nikol Paşinyanın anklavlar məsələsinin həlli üçün müxtəlif variantların müzakirə olunması barədə son açıqlamasını şərh edib.

Bununla belə, Qriqoryan aparılan müzakirələrin təfərrüatlarını açıqlamayıb.

“Təsəvvürlər və prosedurlar dəqiq şəkildə müəyyənləşdirilib və sistemləşdirilib. Biz təsdiqlənmiş reqlament çərçivəsində hərəkət edəcəyik”, – deyə Ermənistan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini əlavə edib.

Ermənistan parlamentinin sədri Alen Simonyan da delimitasiya və ərazi mübadiləsi məsələsinə münasibət bildirib.

“Bakı ilə danışıqlar aparırıq ki, Kərki Tiqranaşen olsun”, – deyə Simonyan bildirib.

O, Ermənistanın Ararat vilayətində yerləşən Kərki kəndini “sovet dövründə Azərbaycan anklavı” adlandırıb.

Simonyan Kərkinin Başkəndlə mübadiləsini mümkün hesab etdiyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.