Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu

Baxış: 99
CHP-dən istefa vermişdi, AKP-yə qoşuldu


İyun ayında Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən İzmirin meri Cemil Tugay ölkənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.

 Türkiyə mediası xəbər verir ki, o, dünən Türkiyə Prezidenti və hakim partiyanın sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada keçirilən rəsmi mərasimdə partiyaya üzv olub.
CHP-dən istefa verdikdən sonra üç ay ərzində siyasi karyerasını müstəqil olaraq davam etdirən Tugay AKP-yə qoşulmasının ardınca jurnalistlərə açıqlamasında “İzmiri gözəl hadisələr gözləyir” deyə bildirib.

Sədrin keçidi ilə İzmir Böyükşəhər Bələdiyyə Sədrliyi də AKP-yə keçmiş oldu.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.