Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan parlamentində dava düşdü

Baxış: 189
Ermənistan parlamentində dava düşdü


Ermənistan parlamentinin oktyabrın 6-da keçirilən iclasında hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə müxalif “Güclü Ermənistan” blokunun deputatları arasında yaranan mübahisə qızışaraq davaya çevrilib.
Qarşıdurma “Güclü Ermənistan” müxalifət fraksiyasının deputatı Edqar Qazaryanın çıxışının parlamentin spikeri Ruben Rubinyan tərəfindən yarımçıq dayandırılmasından sonra baş verib.

E.Qazaryan spikerlə qısa mübahisədən sonra tribunadan düşərək yerinə keçib. Bu zaman hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan onun yanına yaxınlaşaraq mübahisəni davam etdirmək istəyib.
E.Qazaryanın fraksiya həmkarı Vazinak Vartanov Qalumyanın qarşısını kəsib. Bundan sonra deputatlar arasında qarşıdurma yaranıb və insidentə digər parlament üzvləri də qoşulub.

Spiker iclasda fasilə elan etməyə məcbur olub. 

Qeyd edək ki, parlamentin gündəliyinə Erməni Apostol Müqəddəs Kilsəsinin fəaliyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi daxil edilib. Müxalifət layihəni konstitusiyaya zidd hesab edir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.