Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranda qadınlar hərbi təlimə çağırıldı - FOTOLAR

Baxış: 126
İranda qadınlar hərbi təlimə çağırıldı - FOTOLAR


Tehranda ABŞ və İsrailin ehtimal olunan hücumlarına hazırlıq məqsədi ilə “Canfəda” proqramı çərçivəsində səfərbərliyə cəlb olunan qadınların hərbi təlimləri keçirilir.
Onlara odlu silahlardan, eləcə də çoxsaylı raket buraxılış və hava hücumundan müdafiə sistemlərindən istifadə qaydası öyrədilir. 

Qadınlara, eyni zamanda gecə döyüşlərinə və ən çətin şəraitlərdə döyüşə hazırlıq təlimləri keçirilir. İranlı qadınlar həftənin üç günü, gündə üç saat təlimə cəlb olunurlar. 
Təlim həmçinin iştirakçılara potensial şəhər döyüşü vəziyyətlərində təcrübə qazanmağa imkan verir.

Hərbi tədbirin iştirakçılarındna biri olan Bita Restegar mümkün işğal halına hazırlıqlı olmaq üçün təlim keçdiklərini və ölkələrini sona qədər müdafiə edəcəklərini bildirib.
Zəhra Nikuyferd isə ABŞ və “İslam düşmənlərinə” qarşı hazırlıqlı olmaq üçün təlimlərdə iştirak etdiyini söyləyib. 

Fatimə Qasımi lazım gələrsə düşmənə qarşı vuruşacaqlarını vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.