Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Flydubai" göyərtəsindəki insidentin səbəbi açıqlandı- Terror cəhdi...

Baxış: 99
"Flydubai" göyərtəsindəki insidentin səbəbi açıqlandı- Terror cəhdi...


"Flydubai" aviaşirkətinin təyyarəsinin göyərtəsində baş verən insidentlə bağlı aparılan təhqiqat çərçivəsində dəhşətli məqamlar üzə çıxıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş prokuroru hadisənin rəsmi olaraq terror aktına cəhd kimi tövsif edildiyini bəyan edib.

Bu barədə "ABC News" nəşri təhqiqatın gedişatından xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

İstintaq materiallarına əsasən, təyyarənin ikinci pilotu Hamam əl-Hammami uçuş zamanı idarəetməni ələ keçirmək məqsədilə hava gəmisinin kapitanına göyərtədəki fövqəladə hal baltası (avariya baltası) ilə ağır zərbə endirib. Saxlanılan ikinci pilot dindirmə zamanı etiraf edib ki, onun əsas məqsədi sərnişin təyyarəsini İsrail ərazisində qəzaya uğratmaq və kütləvi tələfata səbəb olmaq idi.

Müstəntiqlər hazırda belə radikal baxışlara malik bir şəxsin "Flydubai" reyslərinə, xüsusilə də İsrail istiqamətindəki uçuşlara necə buraxıldığını araşdırırlar. Şübhəli Hamam əl-Hammami artıq Səudiyyə Ərəbistanından BƏƏ-yə gətirilib. Yaxın vaxtlarda İsrailin rəsmi nümayəndələrinin Əmirliklərə gələcəyi və terrorçunun növbəti dindirmələrində birbaşa iştirak edəcəyi gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.