Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İki ölkə arasında yeni böhran: Sərhədi bir neçə addım keçən silahsız sakinlər HƏDƏF ALINDI

Baxış: 72
İki ölkə arasında yeni böhran: Sərhədi bir neçə addım keçən silahsız sakinlər HƏDƏF ALINDI


Hindistan və Pakistan arasında Pəncab ştatı ərazisindən keçən dövlət sərhədində qanlı insident yaşanıb.

Hindistan sərhədçiləri iki Pakistan vətəndaşını güllələyərək öldürüb, daha bir nəfəri isə ağır yaralayıblar. Bu barədə hər iki ölkənin kütləvi informasiya vasitələri məlumat yayıb.

Pakistan tərəfinin verdiyi rəsmi məlumata görə, həlak olan və yaralanan şəxslər tamamilə silahsız mülki sakinlər olublar. Onların yalnız sərhəd nişanını bir neçə addım keçdikləri və dərhal Hindistan hərbçilərinin açdığı birbaşa atəşə məruz qaldıqları bildirilir.

Hadisə iki nüvə dövləti arasında onsuz da həssas olan sərhəd təhlükəsizliyi məsələsini və diplomatik gərginliyi yeniden pik həddə çatdırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.