Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Burda hava pis keçir...” – İrəvandan Bakıya 1254 məktub

Baxış: 117
“Burda hava pis keçir...” – İrəvandan Bakıya 1254 məktub


İrəvanda Bakıda həbsdə olan cinayətkarlara ünvanlanan 1254 məktub hökumət binasına gətirilib.

1254 yox, yüz min məktub da yazılsa, reallıq dəyişməyəcək.

Söhbət sadəcə “Bakıda saxlanılan şəxslər”dən getmir. Onlar Azərbaycanın Qarabağ bölgəsində vaxtilə yaradılmış və artıq mövcud olmayan qondarma rejimin keçmiş rəhbərləri, "yüksək vəzifəli şəxsləri" və hərbi cinayətkarlardır.

Azərbaycan məhkəməsi Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayanı ömürlük azadlıqdan məhrum edib. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, digərləri isə 15 ildən 19 ilədək həbs cəzası alıblar. Bakı Apellyasiya Məhkəməsi 6 avqust 2026-cı ildə həmin hökmləri dəyişdirilmədən qüvvədə saxlayıb.

Ruben Vardanyan isə ayrıca keçirilən məhkəmə prosesində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və onun maliyyələşdirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn əməllər və digər maddələr üzrə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ona görə də İrəvanda qutulara doldurulan məktublar məhkəmə hökmlərini dəyişmir. Azərbaycan məhkəməsi həmin şəxslərin əməllərinə hüquqi qiymət verib.

Qondarma rejim isə artıq yoxdur. Onun keçmiş rəhbərlərinin ətrafında yaradılan bu cür kampaniyalar mövcud olmayan qurumu geri qaytarmır. Ölünü diriltmək mümkün deyil.

Məktub yazmaq istəyirlərsə, yazsınlar. 1254 yox, yüz min məktub yazsınlar. Ancaq hər məktubun qarşısında dəyişməyən bir həqiqət dayanır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunub, separatçı qurum ləğv edilib, barələrində hökm çıxarılmış şəxslər isə Azərbaycan qanunları əsasında cəzalarını çəkirlər.

Azərbaycan dövləti onun suverenliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş cinayətlərə hüquqi qiymət verib və bu hökmlər məktub qutuları ilə yoxa çıxmır.Musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.