Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə

Baxış: 81
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə


Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlığı artmaqda davam edir.

İranşünas mütəxəssis Nver Davtyan bildirib ki, erməni iş adamları logistika zəncirlərinin pozulmasının mənfi nəticələrini artıq hiss ediblər. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin reallaşdırılması isə Xəzər dənizindəki təhlükəsizlik risklərindən asılı vəziyyətə düşüb.

Ekspert bildirib ki, Zəngəzur dəhlizi Transxəzər kommunikasiyalarından asılıdır. Tehranda Xəzərdə ərazi sularını 15 millə məhdudlaşdıran yeni sərhədlərlə bağlı narahatlıq var. İran hökuməti 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına dair qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.

Davtyanın sözlərinə görə, Tehran yaranmış vəziyyətin Xəzər dənizində xarici qüvvələrin mövcudluğuna imkan yarada biləcəyindən narahatdır. İran bunu öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirə və müxtəlif vasitələrlə buna qarşı çıxa bilər.

Ekspert xatırladıb ki, müharibə dövründə İran neft məhsulları, tikinti materialları və digər bir sıra mal kateqoriyalarının ixracına məhdudiyyətlər tətbiq edib. Bu da Ermənistan iqtisadiyyatına mənfi təsir göstərib.

Hazırda müəyyən malların ixracı bərpa olunsa da, problemlər hələ də qalır. Bu, İranın tranzit ölkə və vasitəçi kimi rolu ilə də bağlıdır. Ermənistan Çin, Hindistan və BƏƏ-dən bir sıra malları İran üzərindən idxal edir.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.