Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müəllim kimi tanındı, +18 paylaşımlarla gündəmə gəldi – “Fidan” saxlanıldı

Baxış: 90
Müəllim kimi tanındı, +18 paylaşımlarla gündəmə gəldi – “Fidan” saxlanıldı


Türkiyədə sosial şəbəkələrdə “Fidan Hoca” adı ilə tanınan Fidan Atalay barəsində iki ağır ittiham üzrə araşdırma başlanıb. O, Ankara Respublika Baş Prokurorluğunun göstərişi əsasında İzmirdə saxlanılıb.

Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, Atalayın “fidannatalay” adlı Instagram hesabında yayımladığı bəzi foto, video və digər paylaşımlar Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayəti çərçivəsində qiymətləndirilib.

Prokurorluq həmin məzmunlar vasitəsilə gəlir əldə edildiyini də araşdırır. Bu gəlirlərlə əlaqədar Atalay barəsində TCK-nın 282-ci maddəsi – “cinayətdən qaynaqlanan əmlak dəyərlərinin yuyulması” üzrə də istintaq başlanıb. Prokurorluq hər iki istiqamət üzrə araşdırmanın davam etdiyini bildirib.

Fidan Atalay əvvəllər təhsil sahəsində fəaliyyəti ilə tanınıb. Türkiyə mediasının məlumatına görə, o, bir müddət KPSS imtahanına hazırlaşanlara iqtisadiyyat dərsləri keçib, həmçinin DGS, KPSS və YKS ilə bağlı təhsil və seminar məzmunları yayımlayıb. Sonradan müəllimlik fəaliyyətindən uzaqlaşaraq sosial mediaya yönəlib və ödənişli abunəçilər üçün xüsusi məzmunlar paylaşmağa başlayıb.

Türkiyə mediasında yayılan məlumatlarda Atalayın Instagram-dakı ödənişli abunə sistemində 12 mindən çox abunəçisinin olduğu, aylıq abunə haqqının 79,99 lirə (təxminən 3,1 manat) təşkil etdiyi və bunun hesabına aylıq gəlirinin təxminən 1 milyon lirəyə (təxminən 38,5 min manat) çata bildiyi bildirilir. Bu rəqəmlər prokurorluğun rəsmi açıqlamasında göstərilmədiyindən media məlumatı kimi təqdim olunur.

Bəzi paylaşımlarının müəllim–şagird və məktəb mövzulu +18 səhnələr üzərində qurulduğu da Türkiyə mediasında qeyd edilir. Məhz sosial şəbəkədə yayımlanan foto və videolar hazırkı istintaqın əsas predmetidir.musavat.com

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.