
Nepalda baş verən dağıdıcı sel fəlakəti nəticəsində ölənlərin sayı 469-a yüksəlib.
Reuters xəbər verir ki, Nepal polisinin məlumatına görə, təbii fəlakət nəticəsində 1 545 nəfər xilas edilib. Onların bir qismi xəsarət alıb və hazırda tibbi yardım göstərilir.
Xilasetmə və axtarış əməliyyatları davam edir. Ölənlərin cəsədləri ölkənin səkkiz rayonunda aşkarlanıb. Ən çox itki Çitvan rayonunda qeydə alınıb — burada 178 nəfərin cəsədi tapılıb.
Fəlakətə Nepal-Tibet sərhədi yaxınlığında buzlaqın çökməsi nəticəsində yaranan güclü selin səbəb olduğu bildirilir. Su, palçıq və daş kütlələri yaşayış məntəqələrinə, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan vurub.
Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir və itkin düşən şəxslərin axtarışı aparılır. Hazırda vəziyyətin daha da ağırlaşması ehtimalı ilə bağlı xəbərdarlıqlar da var.







































