Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əgər bu banner gerçəksə...-Rəsmi Tehran təcili izah verməlidir

Baxış: 45
Əgər bu banner gerçəksə...-Rəsmi Tehran təcili izah verməlidir


Bakı Tehrana dostluq əlini uzadır, Tehrandan təhqir gəlir – İran üzr istəməlidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri ətrafında yaranan reaksiyalar bir məqamı xüsusilə diqqətçəkən edir: Rusiyanın və İranın Azərbaycana qarşı ritorikası bu məsələdə bir-birinə qəribə dərəcədə yaxınlaşıb. Bəllidir ki, C.Bayramov Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edilib. Xüsusilə Ukraynaya Azərbaycan qazının tədarükü məsələsinin gündəmə gəlməsi diqqət çıəkib. Bakı üçün bu, tamamilə normal və müstəqil xarici siyasət qərarıdır. Azərbaycan hansı ölkə ilə iqtisadi və siyasi əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir.

Lakin Kiyevdəki görüşlərə reaksiyalar göstərdi ki, bunu hamı belə qəbul etmir.Rusiyanın bəzi siyasi və media dairələri Bayramovun səfərinə sərt münasibət gpstərməkdədir.  İndi isə eyni səfər ətrafında İrandan daha sərt və hətta təhqiramiz münasibət iddiası ortaya çıxıb.

Musavat.com xəbər verir ki, əgər bəzi saytlarda (məsələn, newskiev.ru, runews24.ru) yayılan və İran tərəfinə aid edilən banner həqiqidirsə, məsələ artıq adi siyasi tənqid çərçivəsindən çıxır. Bannerin üzərində Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa birlikdə təsvir olunur, onların şəkilləri üzərindən xətt çəkilir və təhqiramiz məzmunlu ifadə yerləşdirilir. Və belə bir materialın İranın hansısa rəsmi və ya dövlətə yaxın dairəsi tərəfindən hazırlandığı təsdiqlənərsə, Tehranın buna münasibət bildirmə və lazım gələrsə, üzr də istəməılidir. 

Azərbaycan son illərdə İranla münasibətlərdə dəfələrlə qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipini önə çəkib. Bakı İranla iqtisadi əlaqələrin genişləndirilməsində, nəqliyyat layihələrinin inkişafında və sərhədyanı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Azərbaycanın dövlət siyasəti aydındır: İranla düşmənçilik etmək niyyətində deyil. Bəs Tehrandakı bütün dairələrin mövqeyi eynidirmi? Təəssüf ki, görünən mənzərə belə düşünməyə əsas vermir.

Ukrayna ilə İran arasında münasibətlər Xəzərdəki məlum hadisədən sonra daha da kəskinləşib. Tehran Kiyevin siyasətindən narazılığını açıq şəkildə ifadə edir, Ukrayna isə İrana qarşı sərt mövqe nümayiş etdirir. Belə bir fonda Azərbaycanın Ukrayna ilə əlaqələrini genişləndirməsi Tehrandakı bəzi dairələrin qıcıqlanmasına səbəb ola bilər. Amma bu, Azərbaycan dövlətinə qarşı təhqirə əsas vermir.  Burada Rusiya amili də diqqətdən yayınmamalıdır. Azərbaycanın Ukrayna ilə əlaqələrinin dərinləşməsinə münasibətdə hər iki ölkıənin  ritorikasında oxşarlıq görünür. Üstəlik, bu banner gerçəkdirsə, onu yayan mənbəılər də məhz rusdilli mediadır. 

Bir daha qeyd edirik ki, Tehran bu yayılan materiallarla bağlı təcili araşdırma aparmalı, materialın kim tərəfindən hazırlandığını müəyyənləşdirməli və bunun rəsmi dairələrlə əlaqəsinin olub-olmadığını açıqlamalıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.