Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar

Baxış: 126
Süni intellektin sivilizasiya üçün ən böyük təhlükəsi - Ölkələr çətin vəziyyətdə qalacaqlar


Süni intellektin (Sİ) müasir sivilizasiya üçün daha bir təhlükəsi müəyyən edilib.

"Bloomberg" süni intellektin vergi gəlirlərini azalda və böhrana səbəb ola biləcəyini yazıb.

Agentliyin məqaləsinə görə, Sİ-nin sürətli inkişafının sivilizasiya üçün əsas təhlükəsi əksər hökumətlərin büdcələrini əsaslandırdığı gəlir vergisi sisteminin məhv edilməsi ola bilər.

Nəşr qeyd edir ki, müasir ölkələrin gəlirlərinin əsas hissəsi şəxsi gəlir vergiləri və əmək haqqı vergiləri hesabına formalaşır. Süni intellektin inkişafı və insanların yüksək maaşlı peşələrdən kənarlaşdırılması səbəbindən ölkələr vergi gəlirlərinin azalması və işsizlik müavinətləri, osial dəstək üçün xərclərin artması ilə üzləşə bilərlər.

Sİ-nin artıq əmək bazarına təsir göstərdiyi vurğulanır və bir çox şirkətdə ixtisarların baş verdiyinə diqqət çəkilir.

Kredit təşkilatları və iri şirkətlər bəzi işçilərini Sİ sistemləri ilə əvəz etməyi düşünürlər, proqramlaşdırma da daxil olmaqla, son zamanlar ən perspektivli hesab edilən peşələr isə bu prosesə ən çox həssas olanlar arasında yer alır.(publika)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.