Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...

Baxış: 63
Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...


Ötən aşxam saat 20:30-dan etibarən Ukrayna tərəfindən Moskva bölgəsinə 370-dən çox dronla hücum edilib.

Məlumatı Moskva meri Sergey Sobyanin açıqlayıb. O, iddia edib ki, dronların əksəriyyəti şəhər kənarında zərərsizləşdirilib, 64 PUA isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Daha əvvəl paytaxta hücum etməyə cəhd edən 55 dronun məhv edildiyi bildirilirdi.

Dron hücumlarına görə Moskva Domodedovo Hava Limanı hazırda koordinasiyalı şəkildə fəaliyyət göstərir, Jukovskidə isə təyyarələrin giriş-çıxışına məhdudiyyətlər qoyulub.

Sobyanin dronların məhv edildiyini iddia etsə də, Ukrayna mətbuatı Moskva regionunda Noginsk neft bazasının vurulduğunu göstərən görüntülər yayır. Görüntülərdən anbarda güclü yanğın başlandığı görünür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.