Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO

Baxış: 54
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni özünün "Truth Social" hesabında paylaşıb.
Məqalə "Breitbart News"un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb və İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əhatə edir.

Yazıda Prezident İlham Əliyevin Donald Trampı "sülh adamı" adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, həmçinin əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb.

Qeyd edək ki, iyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumu baş tutub. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etdiyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.