
İddialara əsasən, qeyri-rəsmi ad əməliyyatın qısa müddətdə həyata keçirilən və qarşı tərəfə ciddi zərbə vurmağı hədəfləyən taktikasına işarə edir.
Məlumatda qeyd olunur ki, ABŞ rəhbərliyi regionda gərginliyin daha da artmasının qarşısını almağa çalışsa da, Amerika hərbi qüvvələrinə və strateji maraqlarına qarşı mümkün hücumlara cavabsız qalmayacağını vurğulayır.
Bildirildiyinə görə, Vaşinqton Fars körfəzində ABŞ hərbi gəmiləri və strateji əhəmiyyətli dəniz marşrutlarına yönələn təhdidlər yaranacağı təqdirdə qətiyyətli addımlar atacağını bəyan edib.









































