Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəqəmsal avro yaradılır - TƏSDİQLƏNDİ

Baxış: 90
Rəqəmsal avro yaradılır - TƏSDİQLƏNDİ


Avropa Parlamenti (AP) rəqəmsal avronun yaradılması layihəsini təsdiqləyərək, bununla da valyutanın 2029-cu ilin yanvarında dövriyyəyə buraxılması üçün təsisatlararası danışıqların yekun mərhələsinə yol açıb.

Bu barədə "European Conservative" məlumat yayıb.

"Rəqəmsal avro 169 "əleyhinə" səsə qarşı 416 "lehinə" səslə təsdiqlənib", - materialda deyilir.

Avropa İttifaqı (Aİ) Şurası, AP və Avropa Komissiyası 2026-cı ilin sonunadək layihənin yekun parametrlərini razılaşdırmalıdır, bundan sonra Avropa Mərkəzi Bankı 2027-ci ildə məhdud sınaqlara başlamağı planlaşdırır.

Hazırda elektron ödənişlər Visa, Mastercard, American Express özəl beynəlxalq operatorları, eləcə də PayPal, Apple Pay və Google Pay rəqəmsal xidmətləri vasitəsilə həyata keçirilir. Aİ vətəndaşların və müəssisələrin yalnız özəl operatorlara deyil, həm də ictimai Avropa ödəniş infrastrukturuna çıxışının olmasını istəyir.

Brüsseldə bildirirlər ki, rəqəmsal avro Aİ-nin strateji muxtariyyətini gücləndirməli və Amerika ödəniş sistemlərindən asılılığı azaltmalıdır, eyni zamanda o, nağd pulları əvəz etməyəcək, onlarla yanaşı istifadə olunacaq.

Əsas xidmətlər pulsuz olmalıdır. İnsanlar hesablar aça, vəsaitləri saxlaya və idarə edə biləcəklər. Mühüm ideyalardan biri ondan ibarətdir ki, rəqəmsal avro avtonom rejimdə işləyə bilər.(Report)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.