Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...

Baxış: 117
Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...


İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 qırıcılarının verilməsinə yenidən etiraz edib.

Netanyahu Türkiyəyə F-35 qırıcılarının verilməsinin Yaxın Şərqdə qüvvələr balansını pozacağını iddia edib. O, bu mövqeyini Ankaranın guya aqressiv niyyətlərə malik olması ilə əsaslandırmağa çalışıb.

Bundan əvvəl Axios nəşri Netanyahunun ABŞ Prezidenti Donald Trampa müraciət edərək Türkiyəyə F-35 qırıcılarının verilməsindən çəkinməsini xahiş etdiyini yazmışdı.

Bu gün isə Tramp 2017-ci ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə tətbiq etdiyi sanksiyaların ləğv ediləcəyini vəd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.