Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib

Baxış: 72
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub,  terror aktı törədib


Türkiyədə saxlanılan gülüş ustası Deniz Göktaşla bağlı şok detallar ortaya çıxıb.
Sosial mediada  Qurnai-Kərimi məzxərəyə qoyan videolarda cinayət tərkibi aşkar edildikdən sonra saxlanılıb. 
Bu gün hakim qarşısına çıxması gözlənilən Göktaş barəsində "dini dəyərləri açıq şəkildə alçaltmaq" ittihamı ilə istintaq başlanıb. Məhkəmə istintaqı zamanı Deniz Göktaş barəsində daha ilginc məlumatlar ortaya çıxıb. Araşdırma nəticəsində Deniz Göktaşın atası Kamal Göktaşın 1980-ci illərdə THKO (yəni marksist-leninçi Türkiyə Xalq Azadlıq Ordusu) terror təşkilatının fəal üzvlərindən biri olub. Kamal Göktaş 1980-ci il Çorum hadisələrində aparıcı təxribatçılardan biri olub. Onun  Çorum şəhər mərkəzində polis məmuru Muzaffer Yeşilyurtu şəhid etməsi, polis məmuru Mehmet Bektaşı da yaralaması ortaya çıxıb. 
Məhkəmə orqanları tərəfindən həbs edilən Kamal Göktaş 1988-ci ildə azadlığa buraxılıb. lakin islah olunmayan Göktaş 1991-ci ildə oxşar terrorizm cinayətlərinə görə yenidən həbs olunaraq həbsxanaya göndərilib və 1999-cu ildə azadlığa buraxılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.