Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”

Baxış: 54
NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”


“Rusiya Prezidenti Vladimir Putin öhdəliklərdən qorxmur, o, bizim onları yerinə yetirəcəyimizdən qorxur və biz də məhz bunu edirik, Vladimir. Biz özümüzü müdafiə edəcəyik”.

Bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

Vaşinqton görüşünə toxunan Baş katib bildirib ki, bu, Alyansın Moskvanın istənilən axmaq hərəkətinə cavab verməyə hazır olduğuna dair V.Putinə güclü bir siqnaldır.

M.Rutte onu da vurğulayıb ki, Alyans müdafiə-sənaye əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir və 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri elan edəcək.

“Zirvə görüşünün ilk günündə böyük bir müdafiə sənayesi günü keçirəcəyik. Çox sayda yeni müqavilə, niyyət məktubu və böyük sazişlərin imzalanmasını görəcəksiniz”, - o deyib.

Baş katib həmçinin NATO-nun müdafiə istehsalında üstünlüyə malik olduğunu bildirib.

“Bu, ruslara bir siqnaldır: biz sizin nə etdiyinizi bilirik və biz bu işdə daha yaxşıyıq”, - M.Rutte bildirib.

NATO-nun baş katibi vurğulayıb ki, bu cür addımlar Alyansın həm öz vətəndaşlarına, həm də Rusiyaya qətiyyətini nümayiş etdirməlidir.

O, həmçinin NATO ölkələrinin sammitdə Ukraynaya dəstəyini təsdiqləyəcəklərini açıqlayıb.

“Təhlükəsizliyimiz bir-biri ilə əlaqəlidir. Ukrayna göstərdi ki, Rusiyanın təcavüzü bizi dayandırmayacaq”, - deyə o bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.