Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Köçəryanla bağlı ŞOK İDDİA yayıldı

Baxış: 63
Köçəryanla bağlı ŞOK İDDİA yayıldı


Ermənistanda seçki öncəsi siyasi ritorika daha da sərtləşir.

Paşinyana yaxınlığı ilə tanınan “Baqramyan 26” teleqram kanalı keçmiş prezident Robert Köçəryanı və ona yaxın siyasi qüvvələri Kremlin maraqları naminə Ermənistana iqtisadi təzyiq göstərmək istəməkdə ittiham edib.

Kanalın paylaşımında qeyd olunur ki, Köçəryan jurnalist Petros Kazaryana verdiyi son müsahibədə Vayots Dzor vilayətinin rəhbəri Vahan Arsenyan barədə səsləndirdiyi ittihamlarla dolayısı şəkildə mühüm detalı etiraf edib.

“Baqramyan 26” iddia edir ki, Arsenyanın əsas səhmdarı olduğu “Jermuk Group” şirkətinin istehsal etdiyi mineral su ilə bağlı Rusiyanın istehlak nəzarəti qurumu tərəfindən qəfil problemlərin aşkarlanması təsadüfi deyil və bu proses arxasında Ermənistandakı revanşist dairələrin Moskva ilə əlaqələri dayanır.

Paylaşım müəllifləri iddia edirlər ki, Robert Köçəryana yaxın siyasi qüvvələr Rusiyadakı kuratorları ilə görüşlər zamanı Kremlin Ermənistana daha sərt iqtisadi təsir göstərməsini istəyiblər. Kanalın versiyasına görə, məqsəd Ermənistan sahibkarlarına və ixrac sektoruna təzyiq göstərərək seçki davranışına təsir etmək olub.

Bu kontekstdə daha əvvəl müstəqil deputat Geqam Nazaryanın açıqlamaları da xatırladılır. Nazar­yan bildirmişdi ki, bəzi erməni siyasətçiləri Moskvadakı tərəfdaşlarına Ermənistan vətəndaşlarının iqtisadi təzyiqlərə həssas olduğunu söyləyərək çiçək ixracatçılarına, çiyələk istehsalçılarına, şərab və konyak istehsalçılarına zərbə vurulmasının seçicilərin mövqeyinə təsir edə biləcəyini iddia ediblər.

Paşinyana yaxın kanal bütün bunları Kremlin Ermənistandakı “təsir agentləri”nin fəaliyyəti kimi təqdim edir və Robert Köçəryanın çıxışını həmin ittihamların dolayı təsdiqi kimi şərh edir. Kanal müəlliflərinin fikrincə, Ermənistana qarşı iqtisadi təzyiq çağırışları seçki mübarizəsində Moskva faktorunun rolunu açıq göstərir.

Bununla belə, Robert Köçəryan və komandası bu ittihamlarla bağlı rəsmi mövqe açıqlamayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.