Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədən Rusiyaya qarşı strateji addım – NATO qoşunları üçün xüsusi neft kəməri

Baxış: 72
Türkiyədən Rusiyaya qarşı strateji addım – NATO qoşunları üçün xüsusi neft kəməri


Türkiyə NATO-nun şərq cinahında yerləşən qüvvələrin yanacaq təminatı üçün yeni hərbi neft kəməri layihəsi təklif edib.

Bloomberg-in yaydığı məlumata görə, layihənin ümumi dəyəri təxminən 1,2 milyard dollar təşkil edir. Ankara NATO müttəfiqlərinə Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanacaq yeni boru xəttinin çəkilməsini təklif edib.

Məlumata əsasən, yeni sistem hərbi məqsədlər üçün istifadə olunan yanacaq növlərinin operativ daşınmasını təmin etməyə hesablanıb. NATO ölkələri isə mümkün Rusiya ilə silahlı qarşıdurma ssenarisində qoşunların fasiləsiz yanacaqla təmin olunması üçün bu cür hərbi boru kəməri şəbəkəsinin genişləndirilməsini vacib hesab edir.

Qeyd olunur ki, Türkiyə iyul ayında keçiriləcək NATO sammitinə ev sahibliyi edəcək.(Musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.