Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Varlılar Mamdaniyə görə şəhəri tərk edir

Baxış: 234
Varlılar Mamdaniyə görə şəhəri tərk edir


Nyu-York meri Zöhran Mamdaninin siyasəti səbəbindən milyarderlər şəhəri tərk etməyə başlayıb. Şəhərin biznes dairələri isə varlı investorları və böyük şirkətləri Nyu-Yorkda saxlamaq üçün kampaniyaya start verib.

 “New York Post” xəbər verir ki, Nyu-Yorkun biznes icması və yerli idarəçilər milyarder iş adamlarının sərmayələri, böyük şirkətləri və minlərlə iş yeri ilə birlikdə şəhəri tərk etməsinin qarşısını almağa çalışırlar.

Mer Mamdaninin radikal iqtisadi siyasətinin artıq sərvət itkisinə görə ölkədə ilk sıralarda yer alan Nyu-York ştatında bu prosesi daha da sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlar artır.

Ken Qriffin və Mark Rouan kimi maliyyə sektorunun tanınmış simalarının fəaliyyətlərini Nyu-Yorkdan başqa şəhərlərə köçürmək qərarı biznes mühitində ciddi rezonans doğurub.

Bir çox şirkətin siyasi mühiti “biznesə qarşı” hesab etdiyi və buna görə şəhəri tərk etməyə hazırlaşdığı bildirilir. Bu tendensiyanın qarşısını almaq məqsədilə Endryu Mörstin “Boomerang Operation” adlı kampaniyaya start verib. Kampaniyanın məqsədi biznes nümayəndələrini və investorları şəhərdə qalmağa təşviq etməkdir.

Mamdaninin “varlılardan daha çox vergi alınması” ilə bağlı mövqeyi və sol yönümlü iqtisadi yanaşması Nyu-Yorkun qlobal maliyyə mərkəzi statusuna təhlükə kimi qiymətləndirilir. Xüsusilə onun seçki kampaniyasında Ken Qriffinə məxsus 238 milyon dollarlıq lüks mənzilin görüntülərindən istifadə etməsi geniş müzakirələrə səbəb olub.

Keçmiş mer Erik Adams isə iri investorlarla görüşərək onların şəhəri tərk etməməsi üçün çağırış edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.