
Bəli, biz bir çox sahələrdə mafiya ilə mübarizə aparırıq və bu mafiya hər yerə metastaz verib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Bu metastazlar Milli Məclisdə, Hökumətdə, prokurorluqda, məhkəmələrdə, istintaq orqanlarında və s. yerlərdədir. Biz gərək cərrahi İndi əməliyyat yoluna müraciət etməliyik. Kimyaterapiya artıq istənilən effekti vermir",-Paşinyan deyib.
Müxalifətin hərəkətinə əsəbləşən Paşinyan çıxışında özünü itirərəkndeyib: "Bəsdir! Biz nə vaxta qədər insanların əsəblərini sındırmağa davam edə bilərik?"
Müxalifət müharibə gətirəcəyini qeyd edən Paşinyan əlavə edib ki, xalqımızın onlara səs verməsi üçün heç bir səbəbi yoxdur. “Bu qüvvələrdən hər hansı birinə səs vermək özlərinə qarşı səs vermək deməkdir”, - o qeyd edib.
Paşinyan sonda bu qüvvələri Nuhun gəmisinə yerləşdirməyi və onları dünya tarixi okeanına açıq səyahətə göndərməyi təklif edib.

































