Putin və Tramp ŞOKDA - Böyük güclərin savaşında “qurban gedən” lider
Tarix: 14-04-2026, 15:30
/
Baxış: 1 431
Macarıstanda aprelin 12-də baş tutan seçkilər hazırda dünyanın əsas gündəmində yer almaqdadır. Uzun illər həm Vladimir Putinə, həm də Donald Trampa yaxın münasibətləri ilə seçilən baş nazir Viktor Orbanın məğlubiyyəti yeni siyasi reallıqların yarana biləcəyinin anonslarını indidən verməyə başlayıb.
Orbanın üzərindən qurulan geosiyasi körpünün taleyi necə olacaq?
Seçkidən öncə ABŞ Viktor Orbanın qələbəsi üçün tam siyasi dəstəyini göstərdi. Hətta günlər öncə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens Orban üçün Macarıstana belə yollanmışdı. Amma bu səfər göründüyü kimi, gözlənilən nəticəni vermədi.
Rusiya prezidenti Vladimir Putin üçün də vəziyyət düşündürücüdür. Avropa İttifaqı (Aİ) daxilində onun ən etibarlı tərəfdaşlarından biri məhz Orban sayılırdı.
Onun məğlubiyyəti Kreml üçün strateji itkiyə çevrilə bilərmi? Əgər Budapeştin siyasi kursu dəyişərsə, bu, Rusiyanın Avropadakı təsir imkanlarını daha da məhdudlaşdıracaqmı? Macarıstanın gələcək siyasi kursu necə olacaq? Budapeşt Moskva ilə münasibətləri əvvəlki səviyyədə saxlayacaq, yoxsa yeni hakimiyyət Rusiyaya qarşı daha sərt xətt seçəcək? ABŞ ilə münasibətlərdə də yeni balans yaranacaq?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında deyib ki, Macarıstanda Viktor Orbanın partiyasının seçkilərdə qələbə qazanmayacağı həm hakimiyyətə, həm Avropa ölkələri liderlərinə, ən əsası rəsmi Vaşinqtona öncədən bəlli idi:
“Hesab edirəm ki, Vensin Budapeştə qısa, yolüstü səfəri simvolik, yəni keçmiş münasibətlərə görə vəfa borcu mənasını daşıyırdı. Hakim partiya və tərəfdaşları hələ bir il öncə Macarıstanda bu vəziyyəti dəyişmək üçün bir çox planlar həyata keçirməyə cəhd etmişdilər. Amma bu ilin əvvəllərində artıq hər şeyin gec olduğu anlaşılmışdı. Viktor Orban uzun illər baş nazir kimi Avropa İttifaqı ölkələri rəhbərləri arasında ciddi qarşıdurmada olan bir lider olub. Təxminən 10 milyon əhalisi və Avropa İttifaqı ölkələri arasında orta səviyyədə iqtisadiyyatı ilə Aİ nəhənglərinə bu illər ərzində müqavimət göstərmişdi. Bu seçkiləri onun qazanmaması üçün böyük maliyyə və beyin mərkəzlərinin işləri ortalığa qoyulmuşdu. Nəticədə istədiklərini aldılar.
Macarıstan kiçik dövlət olduğundan yeni formalaşacaq hökumətin Aİ-nin əsas siyasətinin dəstəkçisi kimi fəaliyyətə başlayacağı görünür. ABŞ özünə olan münasibətdən asılı olaraq Macarıstanla əlaqələrini əvvəlki kimi davam etdirə bilər. Rusiya-Ukrayna müharibəsində bir sıra qəbul olunması vacib olan qərarların indiyədək bloklanmasını bundan sonra görməyə bilərik. Bu isə sözsüz ki, Rusiya üçün xoşagəlməz haldır. Amma əlindən heç nə gəlməyəcək. Yeni baş nazirin ölkəsinin enerji problemini Rusiya vasitəsilə həll edəcəyinə inanmıram. Eyni zamanda Putinin yeni hakimiyyətə münasibətini onların rəsmi Kremllə bağlı ritorikasından görə biləcəyik”.
Ekspert Orbanın məğlubiyyətini bir çoxlarının sağ populist dalğanın zəifləməsi kimi göstərmələri ilə razılaşmır:
“Düşünürəm ki, Macarıstan təcrübəsi ilə bu qənaətə gəlmək doğru deyil. Əksinə, hazırda Avropada ciddi miqrant problemləri, onlara ayrılan milyardlarla vəsaitin vətəndaşlara xərclənməməsi və bu kimi digər səbəblərdən sağ populistlərin tərəfdarlarının sayı hər gün artmaqdadır. Son vaxtlar hakimiyyətə gəlmiş hökumətlərin bir şoxu sağ mərkəz olsa da, seçkiqabağı şüarlarının bir çoxu ultrasağların çağırışları olub. Macarıstan məsələsi bu gedişatda istisnadır. Belə ki, onun hakimiyyətdən aparılmasında Aİ dövlətlərində həm sağ mərkəz, həm sosial demokrat hökumətlərinin əksəriyyətinin fikirləri üst-üstə düşmüşdü. Bununla belə, nəzərə alınmalıdır ki, Viktor Orban partiya liderliyindən getsə də, partiyası parlamentdə əsas müxalifət partiyası kimi mövcud olacaq. Səsvermə ilə bağlı qərarlara təsir etmək imkanı olmasa da, ölkədə ciddi fikir formalaşdıra biləcək müxalifət olaraq mövcud hakimiyyətin qarşısında olacaq”.
Digər xəbərlər
Xəbər lenti
10:01
05-08-2026
05-08-2026
09:52
05-08-2026
05-08-2026
09:47
05-08-2026
05-08-2026
09:42
05-08-2026
05-08-2026
09:36
05-08-2026
05-08-2026
09:00
05-08-2026
05-08-2026
22:11
04-08-2026
04-08-2026
21:48
04-08-2026
04-08-2026
21:18
04-08-2026
04-08-2026
20:43
04-08-2026
04-08-2026
20:33
04-08-2026
04-08-2026
20:16
04-08-2026
04-08-2026
19:44
04-08-2026
04-08-2026
19:34
04-08-2026
04-08-2026
19:14
04-08-2026
04-08-2026
18:51
04-08-2026
04-08-2026
18:31
04-08-2026
04-08-2026
18:21
04-08-2026
04-08-2026
17:49
04-08-2026
04-08-2026
17:33
04-08-2026
04-08-2026
17:17
04-08-2026
04-08-2026
16:53
04-08-2026
04-08-2026
16:23
04-08-2026
04-08-2026
16:00
04-08-2026
04-08-2026
15:46
04-08-2026
04-08-2026
15:30
04-08-2026
04-08-2026
15:17
04-08-2026
04-08-2026
15:00
04-08-2026
04-08-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarmada Buraxılan Səhvlər Bahalıya Başa Gəlir
04-08-2026 22:11
/
153
Fermer Üçün Hər Qarış Torpaq Bir Sərmayədir
04-08-2026 21:48
/
135
Aqrar Sahibkarlıqda Böyük Sıçrayışın Vaxtıdır
04-08-2026 21:18
/
144
Məhsulun Qiymətini Artıran Əsas Amillər
04-08-2026 20:43
/
135
Torpağın Gücünü Düzgün İdarə Etmək Lazımdır
04-08-2026 20:33
/
135
Aqrobiznesdə Uğur Təsadüf Deyil
04-08-2026 20:16
/
135







































