Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsraildə vaksinasiya: “Yaşıl pasport” sahiblərinə bəzi sahələrdə sərbəstlik verildi

Baxış: 321
Dünyada əhalinin sayı ilə nisbətdə vətəndaşlarına ən çox peyvənd vurulan ölkə sayılan İsraildə pandemiya ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə yumşaldılır.
Bu çərçivədə restoran və kafelər COVID-19 peyvəndinin hər iki dozasını vurduranlara da verilən “yaşıl pasport” adlı sənədə sahib şəxslərə xidmət göstərməyə başlayıb. “Yaşıl pasport” sahibləri 300 nəfərdən çox olmamaqla və ya məkanın potensialının 50 faizini keçməyəcək şəkildə qapalı məkanlarda təşkil olunacaq tədbirlərdə iştirak edə bilər. Bundan əlavə mədəni və idman tədbirlərində də “yaşıl pasport” sahibi az sayda izləyici iştirak edə biləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.