Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan, Türkiyə və daha 10 ölkə İrana çağırış edib

Baxış: 36
Azərbaycan, Türkiyə və daha 10 ölkə İrana çağırış edib


Paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı, Azərbaycan, İordaniya, BƏƏ, Bəhreyn, Pakistan, Türkiyə, Suriya, Qətər, Küveyt, Livan və Misirin xarici işlər nazirləri və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

 "Al Hadath" nəşri xəbər verir ki, görüş iştirakçıları İranı səhvlərini yenidən nəzərdən keçirməyə çağırıblar. “Toplatı iştirakçıları mehriban qonşuluq prinsiplərinin, dövlətlərin suverenliyinin pozulmasının, ilk növbədə, İrana və regionun təhlükəsizliyinə mənfi təsir göstərəcəyini, eyni zamanda ona baha başa gələcəyini, region ölkələri, xalqları ilə münasibətlərinə kölgə salacağını vurğulayıblar. İştirakçılar həmçinin bəyan edib ki, onlar öz resurslarına qarşı təhdidlər qarşısında hərəkətsiz qalmayacaqlar.

İştirakçılar İranın bütün hücumları dərhal dayandırmasının, qonşu ölkələrə qarşı hər hansı təxribatçı hərəkətlərdən və ya təhdidlərdən çəkinməsinin və ərəb ölkələrindəki ona bağlı milisləri dəstəkləməyi, maliyyələşdirməyi və silahlandırmağı dayandırmasının vacibliyini vurğuladılar. Bu arada, iştirakçılar İranın İordaniya, Azərbaycan və Türkiyəyə hücumlarını müzakirə ediblər. Ballistik raketlər, dronlardan istifadə edərək İranın bu qəsdən hücumlarını qınayıblar. Onlar həmçinin bu hücumların haqlı sayıla bilməyəcəyini vurğulayaraq, dövlətlərin özünümüdafiə hüququnu vurğulayıblar. İştirakçılar İranı hücumları dərhal dayandırmağa, eskalasiyanın qarşısını almaq, regionda təhlükəsizlik və sabitliyə nail olmaq və böhranların həlli üçün diplomatiyanı gücləndirmək üçün ilk addım olaraq beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və mehriban qonşuluq prinsiplərinə hörmət etməyə çağırdılar.
Bəyanatda İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyin bağlanmasına və ya qarşısının alınmasına, yaxud Bab əl-Məndəb boğazında dəniz təhlükəsizliyinə təhdid yaradan hər hansı bir hərəkətdən və ya təhdiddən çəkinməsinin vacibliyi vurğulanıb.

Bu kontekstdə iştirakçılar Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünü dəstəkləyərək İsrailin Livana qarşı təcavüzünü və regiondakı ekspansionist siyasətini pisləyiblər.

İştirakçılar intensiv məsləhətləşmələri və koordinasiyanı davam etdirmək, hadisələri izləmək, yeni halları qiymətləndirmək üçün ortaq mövqelər formalaşdırmaq, təhlükəsizliklərini, sabitliklərini, suverenliklərini qorumaq, eləcə də İranın ərazilərinə dəhşətli hücumlarını dayandırmaq üçün lazımi qanuni tədbirlər görmək əzmlərini bir daha təsdiqləyiblər”, - nəşr yazıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.