
Fransa, İsveç və Almaniya İranla ABŞ arasındakı gərginliyin hər an müharibə çevrilə biləcəyi səbəbindən vətəndaşlarını təcili ölkəni tərk etməyə çağırıblar.
Səfirlik rəsmiləri təhlükəsizlik vəziyyətinin daha da pisləşməsini və hərbi toqquşmaların baş vermə ehtimalını istisna etməyiblər. Potensial münaqişə halında diplomatik nümayəndəliklərin fəaliyyət dairəsinin məhdudlaşdırılacağını vurğulanan bəyanatda alamn vətəndaşlaırna xəbərdarlıq edilib ki, Xarici İşlər Nazirliyi və Tehrandakı Almaniya səfirliyi ölkədən çıxmaqla bağlı demək olar ki, heç bir dəstək göstərə bilməyəcək.
İsveçin xarici işlər naziri Maria Malmer Stenergard sosial media hesabında İrandakı İsveç vətəndaşlarının ölkəni dərhal tərk etmək barədə çağırış edib.
"İsveçlilər İranı tərk etməlidirlər və gözləməməlidirlər. İranda qalmağı seçənlər böyük şəxsi məsuliyyət daşıyırlar. Bu məqamda Xarici İşlər Nazirliyi İrandan təxliyəyə kömək edə bilməz".
Fransa da İrandakı vətəndaşlarına oxşar formada təcili ölkəni tərk etmək barədə çağırış edib.

































