Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağ Evdən tarixi qərar: UFO sənədləri üzə çıxarılır

Baxış: 54
Ağ Evdən tarixi qərar: UFO sənədləri üzə çıxarılır


ABŞ prezidenti Donald Tramp, ölkə tarixində ən çox maraq doğuran mövzulardan biri olan yadplanetlilər və UFO-lar (Uçan Naməlum Obyektlər) barədə gözlənilməz qərar verib.

O bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.

"Göstərilən böyük marağı nəzərə alaraq, Müharibə Katibinə (Müdafiə Naziri) və digər müvafiq departamentlərə, agentliklərə göstəriş verirəm ki, yadplanetlilər və yerdənkənar həyat, naməlum hava hadisələri (UAP), naməlum uçan obyektlər (UFO) və bu son dərəcə mürəkkəb, lakin olduqca maraqlı və vacib məsələlərlə bağlı hökumət fayllarının müəyyən edilməsi və dərc edilməsi prosesinə başlasınlar. Tanrı Amerikanı qorusun!", - deyə D.Tramp yazıda qeyd edib. 

Qeydlərdə hansı məlumatların olduğu və ya nə vaxt dərc olunacağı məlum deyil.

Trampın bu bəyanatı, keçmiş prezident Barak Obamanın podkast aparıcısı Brayan Tayler Kohenə verdiyi müsahibədə yadplanetlilərin varlığını təsdiqləmiş kimi görünməsi ilə medianın diqqətini çəkməsindən sonra səslənib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.