Əziz qadın sahibkarlar!Sizi Beynəlxalq Qadın Sahibkarlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Qadın sahibkarlar cəmiyyətimizin iqtisadi və sosial inkişafında mühüm rol oynayır. Sizin təşəbbüskarlığınız, zəhmətiniz, yaradıcılığınız və əzminiz yeni imkanların yaranmasına, iqtisadiyyatın inkişafına və gələcək nəsillər üçün uğurlu nümunələrin formalaşmasına töhfə verir.
İnanıram ki, qadınların sahibkarlıq sahəsində qazandığı uğurlar bundan sonra da artacaq, yeni ideyalar, güclü tərəfdaşlıqlar və böyük nailiyyətlərlə davam edəcək.
Qadın sahibkarlığının gücü, cəmiyyətin gücüdür!
Hörmətlə,
Səkinə Babayeva







































