Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Epşteynin kasıblarla bağlı planı deşifre oldu: Bill Qeytsə elə sözlər yazıb ki... - FOTO

Baxış: 63
Epşteynin kasıblarla bağlı planı deşifre oldu: Bill Qeytsə elə sözlər yazıb ki... - FOTO


Seksual xarakterli cinayətlərdə ittiham olunan milyarder Ceffri Epşteynlə Bill Qeyts arasında keçdiyi deyilən yazışmalar qəzəb doğurub.

Xarici KİV xəbər verir ki, ABŞ-də ictimaiyyətə açıqlanan Ceffri Epşteyn sənədlərində Bill Qeytsin adının çəkilməsi yeni bir müzakirəyə səbəb olub. 

2011-ci ildə göndərilən bir elektron poçtda Epşteynin Bill Qeytsdən "Kasıb insanları necə aradan qaldırırıq?" deyə soruşduğu bildirilir.




Lakin beynəlxalq mətbuatdakı təhlillər bu ifadənin təsdiqlənmiş siyasəti və ya planı əks etdirmədiyini, kontekstinin aydın olmadığını və Epşteynin yaratdığı layihə mətnlərindən biri ola biləcəyini vurğulayır.

Bill Qeyts əvvəllər 2011-ci ildə Epşteynlə bir neçə dəfə görüşdüyünü etiraf etmiş və bu əlaqələri "böyük səhv" adlandırmışdı. Qeyts görüşləri müdafiə edərək, onların qlobal səhiyyə və xeyriyyə layihələri ilə əlaqəli olduğunu iddia etmiş və Epşteynlə münasibətlərinin "hər dəqiqəsi" üçün təəssüfünü bildirmişdi.

Qeyts Fondu və Qeytsin sözçüləri də iddiaları təkzib edərək, sızdırılan bəzi mətnlərin həqiqi elektron poçt yazışmalarını əks etdirmədiyini və Epşteynin özü tərəfindən yaradılan qaralamalar ola biləcəyini bildiriblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.