Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Epşteyn işi” ilə bağlı minlərlə sənəd silindi

Baxış: 90
“Epşteyn işi” ilə bağlı minlərlə sənəd silindi


ABŞ Ədliyyə Nazirliyi zərərçəkmişlərin şikayətlərindən sonra amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı bir neçə min sənədi silmək qərarına gəlib.

Bu haqda “New York Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu sənədlərin ictimai istifadədən çıxarılması barədə qərar şəxsi məlumatları səhvən açıqlanan zərərçəkənlərin şikayətlərindən sonra qəbul edilib.

“Nyu-Yorkun Cənub Bölgəsi üzrə vəkili Cey Kleyton hakimlər Riçard Berman və Pol Engelmayerə yazdığı məktubda bildirib ki, Ədliyyə Departamenti zərərçəkmişlər və ya onların vəkilləri tərəfindən aşkar edilmiş bütün açıqlama [şəxsi məlumatlar] materiallarını silib”, - bildirirlir.

Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.