
Ankara İrəvana 2026-cı il ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim komandanı dəstəkləyəcəyi barədə açıq mesaj ünvanlayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda keçiriləcək seçkilərdən danışaraq baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.
“Bildiyiniz kimi, iyun ayının əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm addım olacaq. Lakin biz görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”,- Hakan Fidan deyib.






























