Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sərhəddə partlayışa hazır vəziyyət: İsrail qoşunları Suriyanın Dəraa vilayətinə girərək geri çəkildi

Baxış: 90
Sərhəddə partlayışa hazır vəziyyət: İsrail qoşunları Suriyanın Dəraa vilayətinə girərək geri çəkildi


Yanvarın 2-si axşam saatlarında İsrailə məxsus hərbi bölmələr Suriyanın Dəraa vilayətinin qərb hissəsinə daxil olub. Bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

Məlumata görə, dörd hərbi maşından və təxminən 20 hərbçidən ibarət İsrail kolonu Yarmuk çayı hövzəsində yerləşən və hazırda istifadəsiz olan “Sariyat Cəmlə” obyektinə doğru irəliləyib. Bölmə ərazi yaxınlığında mövqe tutduqdan sonra qısa müddət ərzində geri çəkilib.

Qeyd olunur ki, bundan bir gün əvvəl İsrail qüvvələri Quneytra vilayətinin kənd ərazilərində də reyd həyata keçirib. Hərbi bölmələr əl-Ədnaniyə istiqamətindən çıxaraq bir neçə yaşayış məntəqəsinə doğru irəliləyib, daha sonra bölgəni tərk ediblər.

Dəməşqdəki rəsmi qurumlar bəyan ediblər ki, bu cür addımlar 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşmanın açıq şəkildə pozulmasıdır. Suriya tərəfi İsrail hərbi qüvvələrinin ölkə ərazisindən dərhal çıxarılmasını tələb edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.