Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Suriya yeni pul vahidini təqdim etdi: sıfırlar ləğv olundu, istehsala vurğu edildi

Baxış: 54
Suriya yeni pul vahidini təqdim etdi: sıfırlar ləğv olundu, istehsala vurğu edildi


Suriyada yeni pul vahidi dövriyyəyə buraxılıb, köhnə rejimdən qalan əskinaslar dəyişdirilib.

Suriya prezidenti Əhməd Şara devrilmiş Bəşər Əsəd rejimindən miras qalan pul vahidinin yeniləndiyini açıqlayıb. Təqdim olunan altı müxtəlif nominallı yeni banknotda ölkənin əsas kənd təsərrüfatı məhsulları əks olunub.

Məlumata görə, inqilabdan sonra dəyəri təxminən 30 faiz artan yeni Suriya lirəsindən iki “0” silinib. Beləliklə, əvvəlki 100 Suriya lirəsi yeni sistemdə 1 Suriya lirəsinə bərabər olub. Hazırda 1 Türkiyə lirəsi təxminən 2,6 Suriya lirəsi təşkil edir.

Yeni dizaynda Dəməşqdəki Əməvilər məscidinin bəzəklərində yer alan və Əməvi dövlətini simvolizə edən səkkizguşəli ulduz fiquru da diqqət çəkir. Bu detal milli irsə və tarixi kimliyə istinad kimi qiymətləndirilir.

Təqdim olunan banknotlar və mövzuları belədir:

– 10 Suriya lirəsi – Şam gülü
– 25 Suriya lirəsi – qara tut
– 50 Suriya lirəsi – sitrus meyvələri
– 100 Suriya lirəsi – pambıq
– 200 Suriya lirəsi – zeytun
– 500 Suriya lirəsi – buğda sünbülü

Yeni pul vahidinin dizaynında kənd təsərrüfatına və istehsala verilən önəmin ön plana çıxarılması ölkə iqtisadiyyatının bərpası istiqamətində simvolik addım kimi dəyərləndirilir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.