Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mirzoyan: Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir

Baxış: 63
Mirzoyan: Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir


Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada məlumat verib.

"Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir bildirib.

Ararat Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir: "İnanıram ki, biz sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir qədər kənara qoysaq, belə ssenarilər bir o qədər reallaşacaq".

Qeyd edək ki, Azərbaycan 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 benzini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.(report)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.