Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-dən İstanbul zəlzələsi xəbərdarlığı: Ən ağır humanitar fəlakətlərdən biri ola bilər

Baxış: 72
ABŞ-dən İstanbul zəlzələsi xəbərdarlığı: Ən ağır humanitar fəlakətlərdən biri ola bilər


ABŞ mətbuatı İstanbul üçün yeni zəlzələ xəbərdarlığı yayıb.

Bu barədə "New York Times" (NYT) qəzetində təhlil dərc olunub.

Təhlildə bildirilir ki, Mərmərə dənizindəki qırılma xətlərində müşahidə edilən seysmik aktivlik "İstanbulu böyük dağıntılara hazırlayan səssiz bir gərginlik" yaradır.

Mütəxəssislər tərəfindən istinad edilən son elmi tapıntılar göstərir ki, 7 və ya daha yüksək bal gücündə zəlzələ şəhərin milyonlarla sakini üçün ciddi təhlükə yaradır.

Təhlilin müəllifi olan geoloq Dr. Robin Corc Endryus “Science” elmi jurnalında dərc olunmuş yeni tədqiqata diqqət çəkib.

Tədqiqatlar göstərir ki, əsas Mərmərə qırılma xətti üzərindəki zəlzələlər “kilidli” bir bölgəyə doğru irəliləyir və təxminən 16 milyon insanın yaşadığı İstanbul üçün ciddi risk yaradır.

 



Alimlər vurğulayırlar ki, zəlzələnin dəqiq vaxtı proqnozlaşdırıla bilməsə də, 6.0 və ya daha yüksək bal gücündə hər hansı bir zəlzələ İstanbulda ciddi ziyana səbəb ola bilər. Mütəxəssislər şəhərin kövrək quruluşuna işarə edərək, riskin yalnız böyük bir zəlzələ ilə məhdudlaşmadığını qeyd edirlər.

Kornell Universitetinin seysmoloqu Cudit Habbörd, planlaşdırılmamış şəhərləşmənin, yüksək əhali sıxlığının və tikinti standartlarının qeyri-kafi tətbiqinin İstanbulu daha da həssas etdiyini söyləyir. Onun sözlərinə görə, bölgə ilə bağlı elmi xəbərdarlıqlar illərdir məlumdur, lakin şəhərdəki mövcud tikinti təcrübələri fəlakət riskini artırır.

Xəbərdə belə bir zəlzələnin “yaxın tarixin ən ağır humanitar fəlakətlərindən biri ola biləcəyi" ifadə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.