
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Przidenti Doanld Tramp arasında görüş yaxın gələcəkdə baş tuta bilər.
Bunu Rusiya prezidentin köməkçisi Yuri Uşakov deyib.
“Bu, əlbəttə ki, baş verə bilər, çünki Moskvada bütün məsələlərin müzakirəsi Ankoricdə əldə edilmiş əsas anlaşmalar əsasında baş tutub", - Uşakov qeyd edib.
Kremldə ABŞ-Rusiya danışıqlaırnın yekunu barədə danışan Uşakov deyib ki, aparılan müzakirələr Rusiya və Amerika tərəfləri arasında Ankoricdə əldə olunan anlaşmalara əsaslanıb.
O əlavə edib ki, iki ölkə Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyiş əldə edir.



































