Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Tesla” 13 min maşını geri çağırır

Baxış: 155
“Tesla” 13 min maşını geri çağırır


ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” batareya paketi komponentində aşkarlanan nasazlıq səbəbilə təxminən 12 963 avtomobili geri çağıracaq.
“Bu barədə ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.
Qurum geri çağırmanın 2025 “Model 3” və 2026 “Model Y” avtomobillərinə şamil olunduğunu açıqlayıb. Şirkət qeyd olunan kontaktorların pulsuz dəyişdiriləcəyini bildirib. Avtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixində göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, “Tesla”nın sahibi amerikalı milyarder İlon Maskdır. O, tarixdə sərvəti 500 milyard dolları keçən ilk şəxs kimi rekord qırıb.(qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.