Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə çox sayda məşhur saxlanıldı

Baxış: 127
Türkiyədə çox sayda məşhur saxlanıldı


Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təbliğ etməkdə ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, 38 yaşlı müğənni İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində jandarma qrupları tərəfindən Şişlidəki evində saxlanılıb.

Onun vəkili Ayşegül Mermer müğənninin saxlanmasını təsdiqləyib.

“İrem Dericinin ifadə verməsi üçün jandarma bölməsinə gedirik. Hələlik məsələ ilə bağlı rəsmi məlumat almamışıq. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək”, - vəkil qeyd edib.

***

Son məlumata görə, İstanbulda narkotik istifadəsini təşviq etmək ittihamı ilə əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində daha bir neçə tanınmışın saxlanıldığı bildirilir. Onların arasında Birce Akalay, Simge Sağın, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Engin Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali də var.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.