Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ iranlı diplomatlara bunu qadağan etdi

Baxış: 122
ABŞ iranlı diplomatlara bunu qadağan etdi


ABŞ BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında iştirak edən iranlı diplomatlara böyük klub tipli mağazalardan, məsələn, “Costco”dan alış-veriş etməyi və lüks əşyalar əldə etməyi qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Bu həftə ABŞ İran rejiminə maksimal təzyiq göstərmək məqsədilə onların BMT Baş Assambleyasında iştirak edən nümayəndə heyətinin hərəkətini və həmçinin klub tipli topdansatış mağazalarına və lüks mallara çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görüb”, - qurumun açıqlamasında qeyd olunub.

Bildirilir ki, iranlı nümayəndə heyəti yalnız BMT-nin qərargahı ilə yaşadıqları məkan arasında hərəkət etmələri üçün zəruri olan əraziləri ziyarət edə bilər.

Dövlət Departamenti bəyan edib ki, diplomatların klub tipli mağazalara üzvlüyü, eləcə də saat, kürk, zərgərlik məmulatları, çanta, pulqabı, ətir, tütün, spirtli içki və avtomobil kimi malları almaq imkanı “imtiyaz” sayılır, bunun üçün ABŞ hökumətinin icazəsi tələb olunur.

Federal Reyestrdə çərşənbə axşamı dərc edilməsi nəzərdə tutulan rəsmi bildirişdə qeyd olunur ki, ABŞ-dakı iranlı diplomatlar və onların ailə üzvləri “Costco”, “Sam's Club” və “BJ's Wholesale Club” daxil olmaqla, istənilən klub tipli topdansatış mağazasında üzvlük almaq və ya belə mağazalardan hər hansı üsulla alış-veriş etmək üçün Dövlət Departamentindən icazə almalıdırlar.

Həmçinin yerli mediada yayılan məlumatlara görə, ABŞ-dakı iranlı diplomatlar 1000 dollardan artıq dəyəri olan malları və 60 min dollardan baha olan nəqliyyat vasitələrini almaq üçün də icazə əldə etməlidirlər.(musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.