Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Rusiya ilə qonşu ölkələrin ordularını maliyyələşdirməkdən imtina edir?

Baxış: 140
ABŞ Rusiya ilə qonşu ölkələrin ordularını maliyyələşdirməkdən imtina edir?


ABŞ Rusiyaya sərhəd ölkələrin ordularının maliyyələşdirilməsi üzrə bəzi proqramlardan imtina edəcək.

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Pentaqon ötən həftə Avropa diplomatlarını ABŞ-ın artıq Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlimi və təchizatı üzrə proqramları maliyyələşdirməyəcəyinə dair məlumatlandırıb.

Qeyd olunur ki, bu proqramların xərcləri ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Lakin prezident Donald Trampın administrasiyası bu fondların artırılması üçün əlavə vəsait istəməyib. Hazırkı büdcə 2026-cı ilin sentyabrına qədər qüvvədədir.

Məqalədə vurğulanır ki, 2018–2022-ci illərdə Avropa ABŞ-ın digər ölkələrin təhlükəsizlik qüvvələrinin hazırlığı və təchizatı üçün ayırdığı 1,6 milyard dollarlıq vəsaitin təxminən 29 faizini alıb. Əsas benefisiarlar Estoniya, Latviya və Litva olub.(APA)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.