Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Netanyahu İsrailin müzakirələrə başladığını açıqladı

Baxış: 359
Netanyahu İsrailin müzakirələrə başladığını açıqladı


İsrail Suriyanın paytaxtı Dəməşqin cənubunda demilitarizasiya zonasının yaradılması məsələsi ilə bağlı müzakirələrə başlayıb.

"Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Hazırda diqqətimizi üç şey üzərində cəmləyirik: Əs-Suveyda əyalətindəki druz icmasını qorumaq, Dəməşqin cənubundan Colan təpələrinə, o cümlədən Əs-Suveyda əyalətinə qədər demilitarizasiya zonası yaratmaq və ərzaq, tikinti materialları ilə genişmiqyaslı tibbi yardımın çatdırılmasına imkan verəcək humanitar dəhliz qurmaq. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir", - Netanyahu İsrailin druz icmasının ruhani lideri Şeyx Muafak Tarif ilə görüşdə deyib.

Bundan əvvəl Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa bildirib ki, Ərəb Respublikası və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri üzrə ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiş əldə edib. O həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək "Suriya və regionun maraqlarına cavab verən istənilən qərarı qəbul etməkdən və ya razılaşmanı təsdiqləməkdən çəkinməyəcəyini" vurğulayıb.(Report)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.