SSRİ-ni sarsıdan partlayış – 100-dən çox insanın ölümü illər ərzində gizlədilib
Tarix: 26-08-2025, 15:30
/
Baxış: 194
1946-cı il iyulun 24-də o zamanlar “QULaq”ın “Dalstroy” trestinin ən mühüm tranzit bazası olan Naxodkada partlayış baş verib. Trotil və ammonalla yüklənmiş “Dalstroy” gəmiis Astafyev burnundaki estakadada partlayıb. Uzun müddət heç kim dəqiq bilməyib ki, göyərtədə Kolıma göndərilən məhbuslar da olub. Partlayış onlarla insanın həyatına son qoyub.
“Dalstroy” 1931-ci ildə yaradılıb. Əvvəlcə yuxarı Kolıma bölgəsində yol və sənaye tikintisi üzrə dövlət trestinə çevrilib, SSRİ Əmək və Müdafiə Sovetinə, sonra SSRİ Xalq Komissarları Sovetinə tabe olub.
Trestin əsas vəzifəsi qızıl yataqlarının kəşfiyyatı və işlənməsi, Kolıma ilə materik arasında yeganə əlaqə yolu olan Nagayev körfəzindən yolların çəkilməsi olub. Trestin inzibati binası sonralar şəhərə çevrilmiş Maqadan kəndində Nagayev buxtasının sahilində yerləşib.
1938-ci ildə trest SSRİ NKVD-nin nəzarətinə verilib və Uzaq Şimal Tikinti Baş İdarəsi adlandırılıb, lakin “Dalstroy” abbreviaturası saxlanılıb. Hələ 1932-ci ildə partiya rəhbərliyinin qərarı ilə onun fəaliyyət sahəsi müstəqil ərazi kimi ayrılıb və o, daim genişlənib.
1951-ci ilə qədər “Dalstroy”un ərazisi 3 milyon kvadrat kilometrə çatıb - bu, bütün hazırkı Maqadan bölgəsi, Yakutiya, Xabarovsk diyarı və Kamçatka bölgəsinin bir hissəsidir. Orada qızıl, qalay çıxarılıb, həmçinin volfram, kobalt, kömür, geoloji kəşfiyyat işləri aparılıb, yollar, infrastruktur tikilib. “Dalstroy”da sənaye müəssisələri və gəmiçilik şirkətləri fəaliyyət göstərib. Orada 1938-ci ildə 90 min, 1940-cı ildə 190 min, 1943-cü ildə 107 min, 1946-cı ildə isə 73 min məhbus saxlanılıb.
1945-ci ilin avqustunda Yaponiya ilə müharibə zamanı yararsız vəziyyətə düşən “Dalstroy” gəmisi Kanadada təmir ediləndən sonra istifadəyə qaytarılıb. Təmirdən sonra gəminin ilk səyahəti Kolımaya olub. Gəmiyə Naxodkada təxminən 500 ton ammonal, 400 ton trotil yüklənib.
Təsadüf nəticəsində birinci anbarda yanğın baş verib. Komanda yanğının öhdəsindən gələ bilməyib və tüstü aşkar edildikdən səkkiz dəqiqə sonra güclü partlayış baş verib. Gəminin qalıqları bir kilometrə qədər məsafəyə səpələnib. Beş tonluq lövbər 500 metr sahilə atılıb. Ən yaxın kənddə evlərin damları uçub, pəncərə şüşələri sınıb. Dəyən maddi ziyan böyük olub.
Partlayış nəticəsində gəmi və onun üzərindəki 9 milyon rubl dəyərində olan bütün yüklər sıradan çıxıb. Sahil anbarlarında 15 milyon rubl dəyərində müxtəlif sənaye və ərzaq məhsulları, həmçinin 25 milyon rubl dəyərində partlayıcı maddələr yanıb.
SSRİ daxili işlər naziri Sergey Kruqlovun 24 iyul 1946-cı il Stalinə, Beriyaya, Mikoyana ünvanlandığı məktubda deyilir: “Daxili İşlər Nazirliyinin Primorsk ərazisi idarəsinin rəisinin hesabatına əsasən, dünən axşam saat 8-də Vladivostok yaxınlığındakı Naxodka buxtasında, Daxili İşlər Nazirliyinin “Dalstroy” müvəqqəti limanının anbarlarında yanğın baş verib. Ammonal, ərzaq və sənaye malları olan iki anbar yanıb.
Bu gün səhər həmin limanda ammonal və ərzaqla yüklənmiş “Dalstroy” gəmisində yanğın və partlayış baş verib. Ölənlər var, partlayış nəticəsində limandakı anbarlar və digər tikililər zərər görüb. Daxili İşlər Nazirliyinin rəisi, general-mayor Şişkarev təcili tədbirlər görmək üçün bir qrup işçi ilə birlikdə hadisə yerinə gedib. Ümumi işlər üzrə nazir müavini yoldaş Ryasnoy və nazir müavini yoldaş Mamulov yanğın və partlayışın baş vermə şəraitini araşdırmaq və nəticələrinin aradan qaldırılması üçün tədbirlər görmək üçün bu gecə hadisə yerinə gedəcəklər. İlkin araşdırmanın nəticələri və itkilər barədə əlavə məlumat veriləcək”.
Hadisə nəticəsində 100-dən çox insan həlak olub. Onların arasında ekipaj üzvləri, müşayiət bölməsinin əsgərləri və 49 məhbus olub. Ağır xəsarət alan 400 nəfərin sonrakı taleyi barədə məlumat yoxdur. SSRİ DTK-nın Primorsk şöbəsinin keçmiş rəis müavini Vladimir Kletskin öz xatirələrində yazıb: “Gəminin yanında toplaşan yüzlərlə məhbus və mühafizəçi qan içində idi. Xoşbəxtlikdən, Naxodka fəhlə qəsəbəsi (keçmiş Amerikanka kəndi) və tranzit məhbuslar üçün düşərgə limandan uzaqda yerləşirdi. Əks halda qurbanlar daha çox olardı”.
“Dalstroy” Primorsk idarəsinin və anbarların rəhbərləri günahkar bilinib. Təxminən 20 nəfərin hamısı tutularaq cinayət məsuliyyətinə cəlb ediliblər. İosif Stalinin əmri ilə Tatar boğazının sahilindəki Vanino Naxodka əvəzinə “Dalstroy”un əsas limanına çevrilib. 1946-cı ilin payızından bütün məhbuslar oradan Kolımaya göndərilib.
Buna baxmayaraq, 1947-ci il dekabrın 19-da Maqadandakı Nagayev körfəzində Uzaq Şərq gəmiçiliyinə məxsus “General Vatutin” və “Vıborq” gəmiləri partlayıb. Naxodka limanında baş verən faciə uzun müddət tədqiqat üçün qapalı mövzu hesab olunub, istintaq materialları öyrənilməyib. Fəlakətin mənzərəsi “Dalstroy” gəmisində yanğının söndürülməsində şahidlərin və birbaşa iştirakçıların hekayələri sayəsində yenidən qurulub.
Digər xəbərlər
Xəbər lenti
16:00
05-12-2025
05-12-2025
15:46
05-12-2025
05-12-2025
15:19
05-12-2025
05-12-2025
15:18
05-12-2025
05-12-2025
15:16
05-12-2025
05-12-2025
15:00
05-12-2025
05-12-2025
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
Arıçılıqda Kiçik Fermerlərdən Böyük Sahibkarlığa: Sezon Məhsulundan İl Boyu Gəlir
05-12-2025 16:23
/
9
Fermer Sahibkarlar Balı Onlayn Platformada Brend Satışa Çevirir
05-12-2025 15:46
/
18
Arıçılıqdan Premium Məhsula Sahibkarlıq: Kənd Məhsulunu Rəqəmsal Bazara Çevirmək
05-12-2025 15:17
/
63
Baldan Brendə: Arıçılıqda Fermer Sahibkarların Yeni Gəlir Modeli
05-12-2025 15:00
/
90
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
144
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108




































