Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran deputatı prezident Məsud Pezeşkianı İsrailin casusu adlandırdı – Tehranda qalmaqal

Baxış: 160
İran deputatı prezident Məsud Pezeşkianı İsrailin casusu adlandırdı – Tehranda qalmaqal


İran parlamentinin nümayəndəsi Kamran Qəzənfəri qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Deputat iddia edib ki, prezident Məsud Pezəşkianın İsraillə əlbir olduğunu sübut edən sənəd və dəlillər mövcuddur.

Musavat.com xəbər verir ki, Qəzənfərinin sözlərinə görə, Pezəşkianın əsas məqsədi “İranı zəiflətmək və məhvə aparmaq, eyni zamanda İsrailin süqutunun qarşısını almaqdır”. Bu fikirlər ölkənin siyasi dairələrində və mediada geniş rezonans doğurub.

Məsələ ilə bağlı yayılan xəbərlərdə qeyd olunur ki, İran parlamentindəki mühafizəkar qanad Azərbaycan türkü olam Pezəşkianı uzun müddətdir hədəf alır və onu Qərblə, xüsusilə də ABŞ və İsraillə yaxınlaşmaqda ittiham edir. Intelligence Online-un təhlillərində vurğulanır ki, bu cür iddialar hakimiyyət daxilində siyasi təzyiq vasitəsi kimi istifadə olunur.

Ekspertlər hesab edirlər ki, bu iddialar reallıqdan çox siyasi mübarizənin ritorikasına xidmət edir. Çünki Pezəşkianın prezidentliyi dövründə İranın daxili və xarici siyasətində ciddi ziddiyyətlər ortaya çıxıb, onun daha yumşaq xətt yürütməsi isə sərt xətt tərəfdarlarının etirazına səbəb olur.

Hazırda Tehranda bu ittihamların ətrafında ciddi siyasi qalmaqal davam edir və Pezəşkian tərəfdarları iddiaları əsassız və böhtan kimi dəyərləndirirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.